İdman 10:34 30.09.2018

“Arsenal”ın əsas qapıçısı “Qarabağ”a qarşı oynamayacaq

Avropa Liqasının qrup mərhələsində mövbəti oyununu "Qarabağ”a qarşı keçirəcək "Arsenal” ciddi itki ilə üzləşib. 

Qaynarinfo xəbər verir ki, London klubunun əsas qapıçısı Peter Çex sıradan çıxıb. Çex qolkiper dünən "Uotford”la oyunda (2:0) zədə alıb. Fasilədə meydanı axsayaraq tərk edən Çexi Bernd Leno əvəzləyib. 

Oyundan sonra komandanın baş məşqçisi Unay Emeri Çexin zədəsinin ciddi olduğunu deyib. O bildirib ki, 36 yaşlı qapıçı 2-3 həftə meydana çıxmaya bilər. Çexin oktyarbında 4-də "Qarabağ”la oyunu buraxacağı isə dəqiqdi.

Qeyd edək ki, London klubunun Sokratis Papastatopulos, Loran Koselni Karl Cenkinson kimi futbolçuları da zədə səbəbindən "Qarabağ”la matçı buraxacaq.