Video 15:55 16.01.2018

Artur Rəsizadə Bolqarıstanın baş naziri ilə zarafatlaşdı (VİDEO)

Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycanlı həmkarı Artur Rəsizdə ilə Bakıdan Sofiyaya uçan ilk birbaşa aviareysin açılışında iştirak edib.

Qaynarinfo xəbər verir ki, baş nazirlər görüş zamanı bir-biri ilə zarafatlaşıblar. Borisov uçuşun nə zaman başlayacağını soruşub. Rəsizadə isə cavabında "bilmirəm, mən özüm də burada qonağam” deyib.