Xəbər lenti

Aşpazların diqqətinə: Azərbaycanda çempionat keçiriləcək
Ölkə 21:11 13.05.2024

Aşpazların diqqətinə: Azərbaycanda çempionat keçiriləcək

Azərbaycan beynəlxalq aşpazların yarışdığı I Qitə Çempionatına ev sahibliyi edəcək.


"Report” xəbər verir ki, bunu Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyasının sədri Fərhad Aşurbəyli bu gün keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı kulinariyanın peşəkar məkanına çevirməkdir:


"Qitə çempionatı "İnterFood Azerbaijan 2024” sərgisi çərçivəsində təşkil olunacaq. Çempionatda Qırğızıstan, Şimali Kipr, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Türkiyə aşpazları yarışacaqlar. Bununla bərabər, sərgidə yerli aşpazlardan ibarət komandalar da yarışacaqlar. Azərbaycanlı gənc aşpazlardan ibarət komandalardan uğur qazanan şəxs beynəlxalq yarışa göndəriləcək”.


Qeyd edək ki, qida və kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi "İnterFood Azerbaijan 2024” sərgisi mayın 15-16-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->