Astara rayonunda 1 nəfərin ölümü, daha 6 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
"Qaynarinfo" report-a istinadən xəbər verir ki, hadisə Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Lənkəran sayon sakini Rzayev Elgün Vaqif oğlu ölüb. Hadisə zamanı daha 6 nəfəri xəsarət alıb.
 
Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.  
 
Qaynarinfo.Az