Siyasət 14:15 03.05.2013

ATƏT-in nümayəndəsi internetdə böhtana görə cəza planını pislədi

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın Cinayət Məcəlləsinə təklif edilən düzəlişlərlə bağlı ciddi narahatlığını bildirib. Belə ki, bu düzəlişlər onlayn mediada diffamasiyaya görə cəzanın tətbiqinə imkan verəcək.

"Turan"ın məlumatına görə, D.Miyatoviç öz bəyanatında qeyd edir: “2006-cı ildə prezident İlham Əliyev tərəfindən imzalanmış insan hüquqları üzrə milli fəaliyyət planı diffamasiyanın dekriminallaşdırılmasını nəzərdə tuturdu. Lakin baş prokuror tərəfindən təklif edilən düzəlişlər əks istiqamət alır.

Mən Azərbaycan hökumətini diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öz öhdəliklərini yerinə yetirməyə çağırıram”, - o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın indiki qanunvericiliyi böhtana görə üç il həbs cəzasını nəzərdə tutur.

Qaynar.info