Siyasət 23:00 20.10.2017

ATƏT PA-nın yeni prezidenti məlum oldu

“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Mixeil Saakaşvilinin qurucusu olduğu “Vahid milli hərəkat” partiyasının sabiq üzvü Qiqi Tsereteli ATƏT Parlament Assamleyasının prezidenti olub.

Bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü Otar Kaxidze bildirib.

“Bu Gürcüstanın təhlükəsizliyi və imici, eləcə də beynəlxalq aləmdə ölkəmizin qarşısında duran çağırışlar baxımından çox önəmli hadisədir”, deyə O.Kaxidze. (APA)

Qaynarinfo.Az