Almaniyanın "Germania" aviaşirkəti müflis olub.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Karsten Balke məlumat verib və müflisləşmə müraciəti edildiyini bildirib. Balke səfərləri ləğv edilən sərnişinlərdən üzr istəyib.
Qeyd edək ki, "Germania" 1986-cı ildə yaradılmışdı. Şirkət 37 təyyarəyə sahib idi və ötən il 4 milyondan çox sərnişinə xidmət göstərmişdi. Avropa, Şimali Afrika, Yaxın Şərq də daxil olmaqla 60-dan çox səyahət yeri var idi. 150 min işçiyə sahib "Germania" 2018-ci ili 370 milyon avro gəlirlə başa vurmuşdu.
Gülşən
Şərhlər