Dünya 14:18 25.06.2013

Avropa Birliyi Türkiyə ilə bağlı qərar verəcək

Avropa Birliyinin Türkiyə ilə bağlı qərarı bu gün veriləcək. 

Qaynar.info-nun məlumatına görə, birliyin xarici işlər nazirlərinin dünən Lüksemburqda başlayan toplantısında müzakirə edilməli olan məsələ bu günə qalıb. 

Almaniyanın xarici işlər naziri Vestervill dünənki toplantıda "Müzakirələr müsbət davam edərsə, sabah nəticə ala bilərik, amma təminat verə bilmərəm" deyib. 

Almaniya və Hollandiya Gəzi parkı hadisələrindən sonra qoyduğu vetonu götürəcəyi təqdirdə, sabah Türkiyə ilə müzakirələrdə yeni - "Regional siyasət və infrastruktur vasitələrinin koordinasiyası" fəsli açılacaq. 

Qaynar.info