Dünya 16:26 19.07.2018

Avropa İttifaqı Macarıstanı məhkəməyə verir

Avropa İttifaqı Komissiyası Macarıstanın miqrant siyasətinə qarşı hüquqi çərçivədə mübarizə aparmaq barədə qərar qəbul edib.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, məsələ Aİ Ədalət Məhkəməsində müzakirə ediləcək. 

Qeyd edək ki, radikal sağ qolun nümayəndələrinin hakimiyyətdə olduğu Macarıstanda anti-miqrant siyasəti aparılır. Ölkə son illərdə Aİ-nin xəbərdarlıqlarına baxmayaraq miqrant qəbuluna ciddi məhdudiyyətlər tətbiq edib. 

Gülşən