Dünya 19:14 21.01.2019

Avropa İttifaqından Suriya və Rusiya rəsmilərinə qarşı sanksiya

Avropa İttifaqı Suriya Elmi İş və Tədqiqat Mərkəzi ilə Rusiya Hərbi Kəşfiyyat Xidmətinin 9 əməkdaşına sanksiya tətbiq edib.

Qaynarinfo xəbər verir ki, Suriya Elmi İş və Tədqiqat Mərkəzi Suriyada həyata keçirilən kimyəvi silah hücumunda ittiham edilir. İngiltərədə sabiq rus agenti Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsddə ittiham edilən Rusiya Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri İqor Kostyukov, köməkçisi və digər 2 rəsmi sanksiya siyahısına daxil edilib. 

Avropa İttifaqı ölkələri bu barədə Brüsseldə keçirilən iclasda razılığa gəlib. Sanksiya tətbiq edilən şəxslər Aİ ölkələrinə səyahət edə bilməyəcək, onların əmlaklarına həbs qoyulacaq.

Gülşən