Avstraliyanın Melburn şəhərində bıçaqlı hücum gerçəkləşdirilib.

Qaynarinfo xəbər verir ki, avtomobilini piyadaların üzərinə sürən şəxs qəza törədib. Alov alan avtomobildən çıxan cinayətkar ətrafdakı insanlara və polislərə bıçaqla hücum edib. Hücum nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı təsdiqlənib. Hadisəni törədən şəxs isə silahla vurulub və onun vəziyyəti ağırdır.

Gülşən