İdman 00:31 02.05.2013

Azərbaycan dünya ulduzları ilə sülhə razılaşdı - FOTOLAR


Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycan və dünya uldazları arasında oyun baş tutub. ANN.Az xəbər verir ki, «Bayıl Arena»da baş tutan oyunda tamaşaçılar 6 qol izləyib.

Matç buk imi oyunlara xas hesabla – 3:3 başa çatıb. Hesabı 6-cı dəqiqədə Arçil Arveladze açıb. 23-cü dəqiqədə Şahin Diniyevin ideal ötürməsindən sonra meydana yenicə daxil olan Vəli Qasımov bərabərliyi təmin edib. 32-ci dəqiqədə Samir Ələkbərov cinahdan ötürülən topu başla uzaq küncə göndərib və komandamızı hesabda önə keçirib. 9 dəqiqə sonra Vəli Qasımov özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 55-ci dəqiqədə Arçil Arveladze dubl edib. 3 dəqiqə sonra isə Duayt York hesabı bərabərləşdirib.

Azərbaycan veteranları – Beynəlxalq veteranlar yığması 3:3
Qollar: Vəli Qasımov, 23; 41. Samir Ələkbərov, 32 – Arçil Arveladze, 6; 55, Duayt York, 58.

Azərbaycan veteranları: Camaləddin Əliyev, Elxan Həsənov, Dmitri Kramarenko, Əsgər Abdullayev, Şakir Qəribov, Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, Şahin Diniyev, İskəndər Cavadov, İqor Ponomaryov, Vaqif Sadıqov, Tərlan Əhmədov, Oqtay Abdullayev, Mehman Allahverdiyev, Vidadi Rzayev, Qurban Qurbanov, Samir Ələkbərov, Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Maşallah Əhmədov, Vəli Qasımov, Yaşar Vahabzadə, Asif Əliyev, Müşviq Hüseynov.
Məşqçilər: Ağasəlim Mircavadov, Səməd Qurbanov.
Beynəlxalq veteranlar yığması: Berti Foqts, Uli Ştayn, Dario Şimiç, Stepan Tomas, Edmar Bernardes Dos Santos, Bernd Şuster, Hakan Şükür, Duayt York, Abdullah Avcı, Rüştü Rəcbər, Andrey Kançelskis, Revaz Arveladze, Arçil Arveladze, Leonid Buryak, Aleksandr Çivadze, Andrey Ziqmantoviç, Vaqiz Xidiyatullin, Tengiz Sulakvelidze, Kaxaber Sxadadze, Nikolay Boqdanov.

ANN.Az