Xəbər lenti

İdman 16:05 26.04.2024

Azərbaycan Kuboku: Finalın saatı açıqlandı

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının, "Qarabağ” və "Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, "Qarabağ” menecer Şahid Həsənov, "Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunublar. Püşkatmaya əsasən, "Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində "Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->