İdman 19:00 19.05.2019

"Qəbələ" Azərbaycan Kubokunun sahibi oldu (YENİLƏNİB)

Matç başa çatdı. Azərbaycan kubokunu "Qəbələ” qazandı.

17.13 
Görüşdə artıq hesab açılıb.
 
Qaynarinfo xəbər verir ki, "Qəbələ" Stiven Monrozun 4-cü dəqiqədə vurduğu qolla irəlidədir.
 
16.55 
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

Qaynarinfo Sport7.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçda "Qəbələ” "Sumqayıt”la üz-üzə gələcək. 
 
Tarixində ilk dəfə olaraq finala yüksələn "Sumqayıt"dan fərqli "Qəbələ" bu mərhələyə 3 dəfə gəlib çıxıb. Ancaq keçirdiyi bütün final matçlarında məğlub olub. Belə ki, komanda 013/2014 mövsümündə "Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə "Qarabağ” (0:2) və "Keşlə”yə (0:1) məğlub olub.
 
"Qəbələ” və "Sumqayıt” kubokda ilk dəfə qarşılaşacaqlar. Premyer Liqada isə geridə qalan 28 oyundan 3-də "gənclik şəhəri” təmsilçisi qalib gəlib. Ümumlikdə 17 görüşdə "Qəbələ” üstün olduğu halda, 8 matçda bərabərlik olub. "Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.
 
"Sumqayıt” finala qədər "Neftçi” (2:0, 0:1) və "Zirə” (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. "Qəbələ” isə "Sabah”la (1:0, 1:0) "Qarabağ”dan (1:0, 1:2) güclü olub. 

Azərbaycan Kuboku

Final

19 may

17:00. "Qəbələ” – "Sumqayıt”
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

"Sumqayıt”: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 15. Əmir Ağayev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası stadionu