Xəbər lenti

Azərbaycan millisinin futbolçusu Albaniya klubunda
İdman 11:46 01.07.2023

Azərbaycan millisinin futbolçusu Albaniya klubunda

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" komandasına keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.

O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->