İdman 16:20 12.12.2019

Azərbaycan millisinin sabiq futbolçusu həbs edildi

2007-2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib. 

Sportinfo.az-a daxil olan məlumata görə, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları açıqlanmayıb. 

Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı. O, karyerası ərzində MOİK, "Karvan", "Bakı", "Kəpəz", "Rəvan" və Türkiyənin "Adanaspor" klublarında çıxış edib, Azərbaycan millisində 5 oyun keçirib.

Fanat.Az