İdman 20:07 30.01.2018

Azərbaycan millisinin üzvündən şok paylaşım (FOTOLAR)

Boks üzrə yığma komandasının 2014-ci ildə milliləşdirilmiş üzvü, olimpiya mükafatçısı Lorenso Sotomayorun sosial şəbəkədə paylaşılan fotoları böyük müzakirəyə səbəb olub. 

Şəkillərdə Sotomayorun Azərbaycandan qazandığı pulları nümayiş etdirməsi əks olunub. Onun böyük məbləğdə pulla elə poza verməsi, qınağa səbəb olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddətdir boks üzrə yığmada çıxış edən Loren Dominkos Alfonso məhz Lorenso Sotomayorun vasitəsi ilə milli komandamıza gətirilib. Belə ki, Sotomayor Alfonso ilə eyni bölgədəndir. Bu da təsadüfi deyil, çünki hər iki boksçu arasında qohumluq əlaqəsi var.

Onu da bildirək ki, Sotomayorun vasitəsi ilə Azərbaycana gətirilən Alfonso qohumu kimi "Qəbələ” İK-nın üzvüdür. Belə ki, Loren Dominkos Alfonso öncə "Qəbələ” İK-ya gətirilib sonra da "mililəşdirilib”.