Xəbər lenti

Azərbaycan - Qazaxıstan matçının başlama vaxtı dəyişdirildi
İdman 10:07 14.05.2024

Azərbaycan - Qazaxıstan matçının başlama vaxtı dəyişdirildi

Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 11-də Macarıstanın "Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->