Ekonomiks 12:11 13.10.2014

Azərbaycan vaqon istehsal edəcək

Bu yaxınlarda Gəncədə Azərbaycanla İsveçrənin “Stadler Rail” şirkəti ilə birgə yük və sərnişin vaqonlarının əsaslı təmiri və istehsalını həyata keçirmək üçün nəzərdə tutulan zavodun təməli qoyulacaq.

Bununla bağlı artıq bütün hazırlıq işləri görülüb.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov bildirib.

O, deyib ki, müəssisənin tikintisinin 1 il 6 ay müddətində başa çatdırılması nəzərdə tutulub.

“İlkin mərhələdə zavodun illik istehsal gücü 50 sərnişin vaqonu olacaq. Tikiləcək zavodun məhsulları həmçinin qonşu dövlətlər, xüsusilə İran, Orta Asiya ölkələrinə də satılacaq”, - deyə A. Əsgərov əlavə edib.

Qaynar.info