Xəbər lenti

Ölkə 01:42 13.12.2012

Azərbaycan və Ermənistan xarici işlər nazirləri nə vaxt görüşəcək?

Elmar Məmmədyarov: "Təzə fikirlər yoxdur"



"Azərbaycanvə Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü  yanvarın sonhəftəsində olacaq". Bu sözləri Azərbaycanın xarici işlər naziri ElmarMəmmədyarov jurnalistlərə keçirdiyi mətbuat konfransında deyib.

Onunsözlərinə görə, son 6-7 ildə ilk dəfə idi ki, Dublində 3+2 formatındabirgə bəyanatı qəbul olunmadı: “Fevralda Ermənistanda prezidentseçkiləri keçiriləcək. Yəqin ki, Ermənistan bu səbəbdənqeyri-konstruktiv mövqe tutdu.  Həmsədrlər həm Dublindəki görüşdə, həmdə regiona səfərləri zamanı bəzi fikirlər səsləndirmişdilər. Təzəfikirlər yoxdur, amma onların içərisində bəzi maraqlı təkliflər var. BizParisdə həmsədrlərlə həmin təklifləri müzakirə edəcəyik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->