Ölkə 20:05 17.07.2018

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, sərəncamla Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın həmsədri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi edilən dəyişiklik barədə Hindistan Respublikası tərəfinə bildiriş göndərməlidir.