Xəbər lenti

Ölkə 13:07 10.03.2018

Azərbaycana 38 sm qar yağıb (FAKTİKİ HAVA)

Martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda  qar yağıb, bəzi yerlərdə intensiv olub.

Bu barədə Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.

Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->