Ölkə 13:24 15.06.2013

Azərbaycanda 3184 müəllimə ehtiyac var

Təhsil Nazirliyi Azərbaycanda ehtiyac olan müəllimlərin sayını açıqlayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2013-2014-cü tədris ilində 3184 müəllimə ehtiyac var. Bunlardan 435 müəllim Bakı şəhərinin, 2749 müəllim isə digər rayon və şəhərlərin payına düşür. Bakı şəhərində əsas ibtidai sinif, fiziki tərbiyə və ingilis dili müəllimlərinə, digər rayon və şəhər məktəblərində isə daha çox kimya, biologiya, coğrafiya, fizika, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili, informatika və ibtidai sinif müəllimlərinə ehtiyac var.

Qaynar.info