Ekonomiks 17:11 29.08.2013

Azərbaycanda avtovağzalı satışa çıxardılar

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Naftalan Avtovağzalını satışa çıxarır.

Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Mərkəzi Beynəlxalq və Şəhərlərarası Avtovağzala tabe olan və Naftalan şəhəri, Ş.Qurbanov küçəsi,1A ünvanında yerləşən təşkilat sentyabrın 13-də keçiriləcək hərraca çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi məlumata görə, hərraca çıxarılan avtovağzalın ümumi sahəsi 1 750,2 kv. metrdir. Vağzalın start satış qiyməti 101 861 manat, ilkin satış qiyməti isə 86 582 manatdır.

Avtovağzalın ştat cədvəli üzrə 245 nəfər işçisi var.

Qeyd edək ki, Naftalan avtovağzalı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın tərkibinə daxil olan struktur vahidlərdən biridir.(apa)