Ölkə 17:15 14.09.2013

Azərbaycanda polis özünü güllələdi - OLAY

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir

Bu gün günorta saatlarında Qazax rayonunda polis güllələnib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, polis zabiti Malik Qəhrəmanov ağır yaralı halda Qazax rayon Diaqnostika Mərkəzinə gətirilib.

Qeyd edək ki, Malik Qəhrəmanov Baş Dövlət Yol Polis İdarəsinin zabitidir. Onun iş yoldaşları bildiriblər ki, hadisə M.Qəhrəmanov xidməti silahını belinə bağlamaq istəyərkən baş verib. Ehtiyatsızlıqdan silah açılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info