Xəbər lenti

Azərbaycanda "duty free"lərin yaradılması qaydaları təsdiqləndi
Ekonomiks 09:20 20.11.2013

Azərbaycanda "duty free"lərin yaradılması qaydaları təsdiqləndi

Gömrüksüz mağazalar ticarəti beynəlxalq aeroportlarda və sərhəd-keçid məntəqələrindəki gömrük nəzarət zonalarında yaradılacaq

Nazirlər Kabineti gömrüksüz ticarət mağazalarının ("duty free") yaradılması və fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Qaydalara əsasən, belə mağazaların yaradılmasına icazəni Dövlət Gömrük Komitəsi verir. İcazə almaq üçün müraciət 30 gün ərzində nəzərdən keçirilir. Sənədlərdə əksikliklər aşkar edildiyi təqdirdə, müddət daha 15 gün uzadılır. İcazə 5 il müddətinə verilir.

Qaydalar, həmçinin mağazaların işinə qarşı tələbləri müəyyənləşdirir. Gömrüksüz mağazalar ticarəti beynəlxalq aeroportlarda, beynəlxalq dəniz limanlarında, sərhəd-keçid məntəqələrindəki gömrük nəzarət zonalarında yaradıla bilər.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->