Ölkə 19:55 23.10.2017

Azərbaycanda seysmik cəhətdən aktiv zonalar (SİYAHI)

Bu il ərzində Azərbaycanda seysmik cəhətdən aktiv olan zonaların adları açıqlanıb.

"Qaynarinfo"nun APA-ya istinadən xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2017-ci ildə seysmik baxımdan aktiv ərazilər Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi ərazisi olub. 

Q.Yetirmişli qeyd edib ki, bu il yanvarın 1-dən oktyabrın 22-dək Azərbaycan və ona bitişik ərazilərdə 5051 zəlzələ baş verib. Onun sözlərinə görə, ötən müddət ərzində yalnız Azərbaycan ərazisində 3107 təkan qeydə alınıb ki, onlardan da 22-si hiss edilib.

Qaynarinfo.Az