Video 12:21 19.04.2018

Azərbaycanda toyda gəlindən maraqlı hərəkət (VİDEO)

Azərbaycanda baş tutan toy məclislərindən birində maraqlı hadisə yaşanıb.

Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, gülatma zamanı gəlin gözlənilməz hərəkət edib. Toyun sonunda məclisdəki gənclər gül dəstəsini tutmaq üçün gəlinin arxasına yığışıblar. Bu zaman isə Aytac adlı xanım öz gül dəstəsi əvəzinə yüzdən çox qızılgülün olduğu buketi qucağına alıb və insanlara tərəf atıb.

Sözügedən toydan görüntünü müğənni Kərim Abbasov İnstaqram səhifəsində paylaşıb. İnsanların marağına səbəb olan bu hərəkətə müsbət rəylər yazılıb.