Ölkə 18:07 14.07.2017

Azərbaycanda yüksək vəzifəli xanım işdən çıxarıldı

Azərbaycan Maliyyə bazarlarına nəzarət Palatasının idarə heyətinin bir üzvü tutduğu vəzifədən kənarlaşdırılıb. 

Abc.az-ın məlumatına görə, məlumatlı mənbələr bildiriblər ki, kadr ehtiyatları üzrə İdarənin rəisi (HR) Aidə İbrahimova işdən azad edilib. 

Aidə İbrahimovanın vəzifədən kənarlaşdırılmasına dair qərar, bir sıra KİV və sosial şəbəkələrdə Azərbaycan Maliyyə bazarlarına nəzarət Palatasının idarə heyətinin yüksək məvacibinə dair informasiyanın yayılmasından öncə qəbul edilib. 

Palatada A.İbrahimovanın işdən azad edilməsi şərh edilməyib. 

Qaynarinfo.Az