Ölkə 09:08 22.04.2018

Azərbaycanda zəlzələ qeydə alınıb

Aprelin 22-də Şəkidən 28 kilometr cənub-şərqdə, Oğuz rayonu ərazisində zəlzələ qeydə alınıb.

Qaynarnfo-nun Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 03:14 radələrində qeydə alınan yeraltı təkanlar hiss olunmayıb.