Ölkə 15:42 13.11.2018

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen saxlanıldı

Azərbaycan dövlətinin "İnterpol” xətti ilə axtarışa verdiyi 41 yaşlı Adil Ələsgərov Ukraynada saxlanılıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, "ADF” şirkətinin prezidenti olan A.Ələsgərov vergi ödəməkdən yayındığına görə barəsində cinayət işi başlanıb.

Hazırda biznesmenin Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

Qeyd edək ki, "ADF” şirkəti Azərbaycana avtomobil ehtiyat hissələri gətirirmiş.