Maqazin 10:49 27.10.2014

Azərbaycanlı aktrisa +18 filmə çəkilib - FOTOLAR

Aktrisa Aysel Bayramova +18 filmə çəkilib.

O bu haqda Milli.Az-a danışıb:

““My name is İntiqam” filmindən mənə dəvət gələndə əvvəlcə çəkilə bilmərəm deyə düşündüm və sonra özümü kəşf edib əksini gördüm. Film komediya janrındadır. Kənddən şəhərə gələn bir şirin çobandan bəhs edir. Mənim rolum əsas qəhrəmanlardan biridir. Nara qlamur, gözəl və eyni zamanda da təhlükəli bir mafioz xanımdır. 18+ tamaşaçıların fikirlərinə görə dəyişəcək. Dərindən düşünsələr, 25+ da ola bilər (gülür).

Xatırladım ki, ilk dəfə komediya janrında bir filmə çəkilirəm. 4 ildir yalnız drama və seriallara dəvət almışam. Film hədsiz maraqlı və gülüş doğurandır. Biz o səhnələri gülməkdən oynaya bilmədiyimizə görə, bəlkə, 50 dubla da çəkmişik (gülür). Film, inşallah, noyabr ayından "Nizami" Kino Mərkəzində yayımlanacaq”.

Qaynar.info