Maqazin 16:39 19.11.2018

Azərbaycanlı aparıcı avtomobil qəzasına düşdü

Aparıcı Zümrüd Bədəlova avtomobil qəzası keçirib.

Qaynarinfo-nun axşam.az-a istinadən məlumatına görə, aparıcı bildirib ki, günah qarşı tərəfdə olub:

"Hadisə şənbə günü oldu. 4 saat yolun ortasında qaldım. Deyirlər ki, qadınlar maşın sürə bilmir. Amma yaxşı ki, qəzanı polislər gördü və günahsız olduğumu bildilər.

Güclü bir şey deyildi, amma bir müddət maşınsız qaldım”.