ATV telekanalının məşhur simalarından olan İlqar Əliyev əməliyyat olunub.
Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, aparıcının əməliyyatı göz nahiyəsində baş tutub.
İllərdir efirlərdə eynək taxaraq tamaşaçıların qarşısına çıxan İlqar əməliyyatla bağlı bunları deyib:
"Bacıoğlu başımı aldadıb apardı oftalmoloq yanına. Nəticədə Toğrulu da, məni də əməliyyat elədilər. Bax indi mən də Toğrul da rahat müharibəyə gedə bilərik".
Şərhlər