Müğənni Mənzurə Musayevanın ailəsində vağzalı səslənəcək. 

Qaynarinfo-nun məlumatına görə, lent.az-a açıqlama verən ifaçı bildirib ki, dekabrın 18-də paytaxt məkanlarının birində qızına toy edəcək: 

"Allah hər kəsin qapısında xeyir iş qismət eləsin. Övladımın toyuna hazırlaşıram. Çox həyəcanlıyam. Dekabrın 18-də ancaq qız toyu edəcəm. Sənət dostlarımı da dəvət eləmişəm. Toy mediaya açıq olacaq”.
 
M.Musayeva müsahibələrinin birində etiraf etmişdi ki, bu günə qədər bioloji ana olmayıb. Qardaşı qızını övladlığa götürüb.