Xəbər lenti

Əli Əsədov Türkiyə şirkətlərinin Qarabağda nə qədər layihə icra etdiyini açıqladı
Ölkə 19:47 08.05.2024

Əli Əsədov Türkiyə şirkətlərinin Qarabağda nə qədər layihə icra etdiyini açıqladı

"44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra ikitərəfli əməkdaşlığımız üçün yeni imkanlar açılıb”.


Qaynarinfo apa-ya istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan biznes forumunda çıxışında deyib.


Baş nazir azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı barədə məlumat verib:


"Hazırda azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri geniş vüsət alıb və qardaş Türkiyə şirkətləri bu işlərdə yaxından iştirak edirlər. 20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard dollardır”



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->