Maqazin 18:36 25.10.2018

Azərbaycanlı nazir oğlunun keçmiş sevgilisi Mustafa Sandalla birlikdə (FOTO)

Həyat yoldaşı Emina Yahoviçdən boşanan müğənni Mustafa Sandal bu dəfə paylaşdığı foto ilə gündəmə gəlib.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, o, "Instagram" hesabına bir qadınla şəkil yerləşdirib. Saçlarının və üzünün bir hissəsinin düşdüyü xanımı izləyicilərdən bəziləri model Ceren Hindistana bənzədib.

Heç bir açıqlama verməyən Mustafa tezliklə şəklin şərh hissəsini bağlayıb, sonra isə onu silib.

Qeyd edək ki, Ceren bir müddət əvvəl azərbaycanlı iş adamlarından biri ilə sevgili olduğunu açıqlamışdı. Hətta onun nazir oğlu olduğu da bildirilirdi.