Maqazin 17:52 01.05.2018

Azərbaycanlı qızın ifası Türkiyə mediasının gündəmində (VİDEO)

Azərbaycanın gənc müğənnisi Nahidə Baxışlı ifası ilə hər kəsi məst edib.

Qaynarinfo xəbər verir ki, mahnılarını əsasən sosial şəbəkələrdə paylaşan N.Baxışlı bu dəfə Türkiyənin məşhur ifaçılarından Murat Göğebakanın repertuarına müraciət edib. O, müğənninin "Ay Yüzlüm" mahnısını ifa edib.

Qısa zamanda sosial şəbəkələrdə yayılan video milyonlarla baxış toplayıb və Türkiyə mediasının gündəminə düşüb.

Sözügedən videonu sizlərə təqdim edirik: