Dünya 14:58 08.07.2018

Azərbaycanlı turist Türkiyədə qayalıqlardan yıxılaraq ölüb

Türkiyənin Muğla rayonunda Fəthiyyə qəsəbəsində Azərbaycan əsilli Məryəm Ömərova Aladərə şəlaləsindən yıxılaraq dünyasını dəyişib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 6 iyulda əraziyə turist kimi səfər edən 27 yaşlı Məryəm Ömərova şəlalə üzərindəki qayalıqlarda gəzərkən müvazinətini itirib və 15 metr məsafədən yıxılıb. 

Xilasedici qrup 1,5 km məsafə qət edərək Ömərovanın cansız bədənini sudan çıxarıb. Meyit Fəthiyyə Dövlət Xəstəxanasına aparılıb.

Gülşən