Dünya 11:53 22.06.2018

Azərbaycanlılar Türkiyədə saxlanıldı: xaricə qaçamaq istəyərkən...

Türkiyənin Ədirnə şəhərində polis əməliyyat keçirib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı qanunsuz yollarla xaricə qaçmaq istəyən 77 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin Azərbaycan, Suriya, İraq, Əfqanıstan, Fələstin, Tunis, Mərakeş və Əl Cəzayir vətəndaşları olduğu bildirilir.
 
Onlar deportasiya edilmək üçün Ədirnə Miqrasiya İdarəsinə göndəriliblər.