Ekonomiks 19:43 14.12.2017

"Azərsu" ASC: "Əhalinin 20 milyon borcu var, hər gün suyu kəsirik"

"Azərsuya 20 milyon manatdan artıq borc var. Abunəçilərin cari borcları nəzərə alınmasa, onların 18-19 faizinin borcu var.  Hər gün borclu abunəçilərin suyunu kəsirik. 

Qaynarinfo xəbər verir ki, bu sözləri cebhe.info-ya açıqlamasında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə borclu anonentlərin əksəriyyəti həyət evlərində yaşayanlardır:

"Son iki ay ərzində kifayət qədər köhnə borc yığa bilmişik.  Elə rayon var ki, köhnə borclardan ayda 100 min pul yığmışıq. 2011-ci ildən qalan borclar da var”.