İdman 15:10 15.08.2013

Aziz Yıldırımın həbsi istənildi

“Fənərbaxça”nın prezidenti Aziz Yıldırımla bağlı növbəti istintaq başa çatıb.

Fanat.az xəbər verir ki, klub rəhbərinin məhkəmə hakimi Dilek Gökkoyun və “Fənərbaxça”nın keçmiş vitse-prezidenti Recep Özcanı təhqir etməsi ilə bağlı iddianamə hazırlanıb.

Müstəntiq Sıddık İlqar iddianamədə Aziz Yıldırımın iyunun 27-də keçirdiyi mətbuat konfransında Dilek Gökkoyun və Recep Özcanı təhqir etdiyini qeyd edib. Həmin mətbuat konfransında “Fənərbaxça” prezidenti Recep Özcanın Dilek Gökkoyuna rüşvət verdiyini bildirib.

İddianamə Sulh Cəza Məhkəməsinə təqdim olunub. Məhkəmə qəbul edəcəyi halda Aziz Yıldırım hakim qarşısına çıxacaq. Klub prezidentinin günahı sübuta yetiriləcəyi halda 1.8 ildən 5.4 ilədək həbs cəzası ala bilər.

Qaynar.info