Maqazin 11:21 23.11.2018

AzTV-nin "Sən bir nəğmə" verilişinin aparıcısı illər sonra (FOTO)

Məşhur aparıcı, uzun illərdir ki, efirlərdən uzaq düşən Ceyran Rəhimova üzə çıxıb.

Qaynarinfo yenicag.az xəbər verir ki, müğənni Xatirə İslam İnstagram hesabında yeni fotosunu paylaşıb.

Toy məclisində çəkilən şəkildə onunla birgə Ceyran Rəhimova və xalq artisti Nəzakət Teymurova yer alıb. Çoxdan görünməyən keçmiş aparıcının fotosu sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Bəziləri onun gözəlliyini tərif edib, bəziləri isə çəki aldığını vurğulayıb.

Qeyd edəki, uzun illər AzTV-də çalışan Ceyran ordan uzaqlaşandan sonra televiziya fəaliyyətinə son qoyub.