Hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb
Sumqayıt şəhərində qətl hadisəsi törədilib. ANS PRESS-in verdiyi məlumata görə, Yeni Yaşma bağlar sahəsində şəhər sakini Bəndalı Qarayevə məxsus bağ evində həmyerlisi Siyavuş Nəbiyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.
Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb və şəhər Prokurorluğuna təhvil verilib.
Qaynar.info
Şərhlər