Video 21:42 14.10.2018

Badamdardakı sürüşmə zonasına Yaponiyadan mütəxəssis çağırldı (VİDEO)

Badamdarda baş verən sürüşmə ərazisində vəziyyət gərgin olaraq qalmaqdadı. 

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, sürüşmə sahəsində suyun səviyyəsini endirmək üçün 150 metr dərinliyində 5 quyunun qazılmasına başlanılıb. Ərazidə suyun səviyyəsi aşağı salındıqdan sonra kanalizasiya probleminin birdəfəlik həll edilməsi üçün işlərə başlanılacaq. 

Əraziyə baxış üçün yapon mütəxəsislər də dəvət edilib. Yerli və xarici mütəxəsislərin rəyindən sonra isəburdakı evlərlə bağlı son qərar veriləcək.

Bu gün baş nazirin müavini Hacıbala Abutalıbov hadisə yerində olaraq son vəziyyətlə tanış olub. Onun sözlərinə görə, bu gündən etibarən sürüşmə sahəsində suyun səviyyəsini endirmək üçün əlavə 150 metr dərinliyində 5 quyunun qazılmasına başlanılıb. Məlumata görə, sürüşməyə əsas səbəb təpənin arxasında tikilən 10 minə yaxın evin heçbirinin kanalizasiya xəttinin olmamasıdır. Baş nazirin müavini onuda bildirib ki,hazırda əsas məqsəd suyun səviyyəsini şossenin səviyyəsinə endirməkdi. Bundan sonra isə ərazidəki kanalizasiya probleminin birdəfəlik həll edilməsi üçün işlərə başlanılacaq.