İdman 17:00 27.01.2019

Bakı klubu “Deportivo”nun hücumçusunu transfer edir

"Zirə" heyətinə yeni hücumçu qatır.

Qaynarinfo xəbər verir ki, Bakı təmsilçisi paraqvaylı Xulio Rodrigesi transfer edir.

28 yaşlı forvard artıq komandanın düşərgəsindədi və onunla 1,5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, tam adı Xulio Sezar Rodriges Ximenes olan futbolçu karyerası ərzində Argentinanın "Defensa Xustisiya”, "Berasateqi”, "Qodoy Krus”, "Yunion Santa Fe”, "Arsenal de Sarandi”, "Almaqro”, Meksikanın "Dorados de Sinaloa” və "Tixuana” klublarında çıxış edib. O, ötən ildən Paraqvayın "Deportivo Kapiata” klubunda forma geyinirdi. Bu komandanın heyətində 25 oyuna çıxan Rodriges 4 qol vurub.