Xəbər lenti

Ölkə 20:23 16.06.2018

Bakıda 11 nəfər liftdə qaldı: FHN xilas etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 6 nəfər, Nizami rayonunda 4 nəfər və Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Qaynarinfo FHN-nin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyatlar başa çatıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->