Foto 11:16 25.08.2018

Bakıda 8,5 milyona villa satılır (FOTOLAR)

Bakıda milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində 8 milyonluq villa satışa çıxarılıb.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, 4 mərtəbədən və mansardan ibarət olan villanın daxilində lifti, həyətində 3 maşınlıq qaraj, hovuz və sauna var.

Evin birinci mərtəbəsi böyük zal, mətbəx və 3 otaqdan ibarətdir. Digər 2, 3 və 4-cü mərtəbələrin hər birində isə 3 otaq, açıq zal mövcuddur.

12 otaqdan ibarət olan villa 8.500.000 manata satışa çıxarılıb.