Bir neçə dəqiqə öncə paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı özəl şirkətlərdən birinə məxsus yük avtomobili yolda üzərində radar aparatı yerləşdirilmiş dəmir konstruksiyaya çırpılıb. 

Qəzadan sonra avtomobil iki yerə bölünüb və maşında olan yüklər yol kənarına dağılıb. Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur. 

Qəza nəticəsində avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.