Ölkə 12:22 08.02.2014

Bakıda azyaşlı uşaq uçqun altında qaldı


Bu gün saat 11:12 radələrində Bakının Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən ans press-ə verilən əmlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub. Hadisə nəticəsində azyaşlı uşaq dağıntı altında qalıb. Haisə şahidlərininverdikləri məlumata görə, ağıntı altında daha bir nəfər də var. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub.

Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır. Hələlik azyaşlının sağ olub-olmadığı barədə məlumat yoxdur.


Qaynar.info